Azərbaycan qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2027-ci il tarixindən etibarən kişilər və qadınlar üçün pensiya yaşı 65 yaşa bərabərləşdirilir. Bu da illik 6 aylıq artım prosesinin tamamlanması ilə baş verəcək.
Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiya yaşı 2017-ci ildən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
2027-ci il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 65-ə çatacaq, kişilərin pensiya yaşı isə onsuz da 65 yaşdır. Beləliklə yaş həddi bərabərləşəcək. Bu, qadınların pensiya yaşına çatdırılma müddətinin tam başa çatması ilə bağlıdır.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “nocomment.az”-a danışan deputat Azər Badamovun sözlərinə görə, “Pensiya haqqında” qanunda edilmiş dəyişikliyə görə 1 yanvar 2027-ci ildən qadınlarla kişilərin pensiya yaşı bərabərləşir və bu 65 yaş müəyyən olunub:
“Amma bununla yanaşı bir sıra kateqoriyadan olan qadınlar 65 yaşdan daha erkən pensiya hüqüquna malik ola bilirlər. Bu kateqoriyadan olan qadınları aşağıdakı qruplara bölmək olar.
1.Beş və daha çox uşağı olan qadınlar, uşağı əlilliyi olan qadınlar-yaşı 8-ə qədər olan uşağı üçün 5 il tez pensiyaya çıxmaq hüququnu əldə edirlər.
2.Güzəştli peşələrdə çalışan qadınlar. Bu peşələr qanunla müəyyən olunub və həmin siyahıya daxil olan peşələrdə çalışan qadınlar ən azı 10 il əmək stajı ilə 5 il daha tez pensiya hüququnu əldə etmiş olurlar.
Beləliklə qeyd etdiyim kateqoriyaya aid olmayan qadınlar isə 1 yanvar 2027-ci ildən başlayaraq ancaq 65 yaşında pensiya hüququna malik olacaqlar”, – deputat vurğulayıb.
Bizim.Media
































































































