Dumanlı hava nə vaxtadək davam edəcək?

Hazırda oxunan: Dumanlı hava nə vaxtadək davam edəcək?

589400

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.


Dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin