Ötən il övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

Hazırda oxunan: Ötən il övladlığa verilən uşaqların SAYI AÇIQLANDI

589297

Keçən il ərzində Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 149 uşaq övladlığa verilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sosial Xidmətlər Agentliyi yayıb.

Qeyd edilib ki, həmin müddətdə 40 uşaq (2024-cü ildə 30) isə himayədar ailələrə yerləşdirilib.

Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin və himayədar ailələrə yerləşdirilməsinin təşviqi məqsədilə işlər davam etdirilir. Həyata keçirilən tədbirlər müvafiq mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsinə, əhatə dairəsinin genişləndirilməsinə, həmçinin uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin