Sabirabadda qeyri-rəsmi nikahda olduğu 16 yaşlı arvadını öldürüb Kür çayına atmaqda ittiham olunan Seyidrəsul Talıbzadənin məhkəmə araşdırması başa çatıb.
MÖVZU İLƏ BAĞLI:
Öldürülərək Kürə atılan 16 yaşlı Nuranənin qətlinin TƏFƏRRÜATI – VİDEO
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
21 yaşlı müttəhimin yeniyetmə Nuranə Ələkbərovanı qətlə yetirməsi məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Hökmə əsasən, Seyidrəsula 11 il həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazidə aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürüb və meyitini suya atıb.
Bizim.Media


































































































