Qəbul imtahanları qruplar yox, ixtisaslar üzrə KEÇİRİLƏCƏK?

Hazırda oxunan: Qəbul imtahanları qruplar yox, ixtisaslar üzrə KEÇİRİLƏCƏK?

589283

"Yaxşı olardı ki, DİM imtahanı qruplar üzrə yox, ixtisaslar üzrə keçirsin".

Bu təkliflə Bizim.Media-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov çıxış edib. O, bildirib ki, DİM-in həm test hazırlayan, həm də imtahan yoxlayan qurum olması doğru deyil.

"Dövlət İmtahan Mərkəzi hazırda qrup imtahanları modelini həyata keçirir. Dünyada başqa bir ölkə yoxdur ki, orada qrup imtahan modeli keçirilsin. Yəni, Azərbaycan gənci 10-15 ixtisas yazır. DİM müəyyən edir ki, o hansı ixtisasa düşə bilər. Məsələn, həkim olmaq istəyən kimya müəllimi olur.

Problem budur ki, insanların öz istədikləri ixtisaslara qəbul olması az ehtimaldır. Bəli, DİM 30 ildən çoxdur ki, bu imtahanları həyata keçirir, texniki infrastruktura malikdir. Ancaq imtahanlar qrup yox, ixtisas imtahanları üzrə həyata keçirilməlidir. Həmçinin biz təklif edirik ki, DİM-dən test hazırlama səlahiyyəti alınsın. Çünki testi hazırlayan da, imtahanı keçirən də DİM-dir".

"Test hazırlama mərkəzləri hazırlansın"

Elşən Qafarov həmçinin testologiya mərkəzlərinin yaradılmasını təklif edib:

“Test hazırlamaq həmin mərkəzlərə tapşırılsın. DİM isə ölkədəki bütün imtahanları keçirən qurum olsun", - deyə bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin