Oğrular mürəbbə yeyib evi yandırdılar - FOTO

Hazırda oxunan: Oğrular mürəbbə yeyib evi yandırdılar - FOTO

589280

Lənkəranın Göyşaban kəndində iki mərtəbəli evdə yanğın hadisəsi qeydə alınıb. Ev sahibi Şamil Qurbanov bildirib ki, yanğın zamanı ailəsi Bakıda olub. Evə qayıtdıqda isə bəzi əşyaların itdiyini və mətbəxdə mürəbbənin yeyildiyini görüblər.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu tezliklə söndürərək yanğının evin digər otaqlarına yayılmasının qarşısını alıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polisə oğurluq və yanğınla bağlı müraciət daxil olub, hazırda araşdırma aparılır.

Ev sahibinə təxminən 30 min manat ziyan dəyib.








Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin