Bu obyektlərin tikintisi üçün icazə tələb OLUNMAYACAQ

Hazırda oxunan: Bu obyektlərin tikintisi üçün icazə tələb OLUNMAYACAQ

589277

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısında dəyişiklik ediləcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna əsasən, həmçinin, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmayacaq:

- xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla);

- tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla);

hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin