Ağdam-Xankəndi dəmir yolu xəttində işlərin neçə faizi görülüb?

Hazırda oxunan: Ağdam-Xankəndi dəmir yolu xəttində işlərin neçə faizi görülüb?

589275

Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 81 %-i, tikinti-quraşdırma işlərinin 29 %-i yerinə yetirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.

Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometr təşkil edir.

Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur.
 

Xatırladaq ki, 2025-ci il avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanılıb. Hazırda sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edirlər. ADY sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstərir. Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur.


Qeyd edək ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Həmin vaxt qatarlar Bakı-Ağdam-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin