Texnobloger Fərid Pərdəşünas “Amazon”un sürücüsüz taksi layihəsi “Zoox”u Las-Veqasda sınaqdan keçirib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu, onun indiyə qədər yoxladığı ən uğurlu avtonom layihədir:
“Bu avtomobil olduqca kompaktdır (4 sərnişin daşıya bilir). 4 təkərin 4-ü də dönür, həm önə, həm də arxaya eyni sürətlə hərəkət edir. Avtomobilin vizual baxımdan da önü və arxası arasında fərq yoxdur.
Lidar və kameraları sayəsində 360 dərəcəlik, kor nöqtəsiz görüş bucağı var. Dar küçələrdə və çətin döngələrdə rahatlıqla vəziyyətdən çıxa bilir.
Bu cihaz gələcəyin şəhər nəqliyyatıdır. Həqiqətən ilk dəfədir bu qədər işə yarayan və "hayp" olmayan bir layihəni sınaqdan keçirdim.
Sınaq mərhələsində olduğu üçün heç bir ödəniş almadılar. Məni isə bir sual maraqlandırır: Niyə böyük şirkətlər təkidlə taksi sürücülərini aradan çıxarmaq istəyirlər?”
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:13 / 06.01.2026
Taksi sürücüləri işdən çıxa bilər – Fərid Pərdəşünas test etdi - VİDEO
Hazırda oxunan: Taksi sürücüləri işdən çıxa bilər – Fərid Pərdəşünas test etdi - VİDEO
Hazırda oxunan: Taksi sürücüləri işdən çıxa bilər – Fərid Pərdəşünas test etdi - VİDEO
589260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































