Közərmə lampaları tarixə QOVUŞUR – Bu tarixdən dövriyyədən ÇIXARILACAQ

Hazırda oxunan: Közərmə lampaları tarixə QOVUŞUR – Bu tarixdən dövriyyədən ÇIXARILACAQ

589238

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişikliyə əsasən istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilib.

Qadağa 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları üçün 2026-cı il, yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları üçün isə gələn il iyulun 1-dən qüvvəyə minəcək.

Bu da o deməkdir ki, 60Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, satışı və istifadəsi artıq qadağandır.

Lakin ticarət şəbəkələrində hələ də közərən lampalar satılır. Bəs qadağanın icrası nə vaxtdan tam reallaşacaq?

Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, bu prosesin icrası uzun müddətli olacaq:
 

“Amma yanvarın 1-dən prosesə strat verilib və tədricən bu lampalar dövriyyədən çıxarılacaq. Nəzərə alaq ki, Azərbaycanda közərmə lampalarının dövriyyədən çıxarılması mərhələli şəkildə həyata keçiriləcək. Qərara əsasən, 1 yanvar 2026-cı ildən etibarən gücü 60 vatt və daha yuxarı olan közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Növbəti mərhələdə isə 1 iyul 2026-cı ildən gücü 25 vattdan 60 vattadək olan közərmə lampalarının istehsalı, idxalı və satışı dayandırılacaq. Bu tələblər sənaye və xüsusi texnoloji məqsədlər üçün istifadə olunan lampalara şamil edilmir.


Qadağanın icrasına və prosesə nəzarət əsasən Energetika Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu tədbirlər “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun çərçivəsində enerji səmərəliliyinin artırılması məqsədi daşıyır. Yəqin ki, ilin ikinci yarısında daxili bazarda aparılan tədbirlərin real nəticəsini görə biləcəyik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin