Azərbaycanın regionda aparıcı rolu Kembric Universitetində müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycanın regionda aparıcı rolu Kembric Universitetində müzakirə olundu - FOTO

58923

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Böyük Britaniyanın tanınmış təhsil ocaqlarından birində - Kembric Universitetində (Cambridge University) olub.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində universitetin rəhbər şəxsləri, professorlar və tələbələr ilə bir sıra görüşlər keçirilib, Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmçinin səfirlik nümayəndələri məşhur Kavendiş (Cavendish) fizika laboratoriyası ilə tanış olub və Kembric şəhərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşüblər.

Daha sonra universitetin nəzdində fəaliyyət göstərən Kembric Mərkəzi Asiya Forumu (Cambrigde Central Asia Forum) tərəfindən “Xəzər hövzəsinin Regional Dinamikası” (Caspian Regional Dynamics) mövzusuna dair seminar keçirilib.

Kembric Mərkəzi Asiya Forumunun direktoru Professor Montu Saksenanın moderatorluq etdiyi seminarda çıxış edən diplomat Elin Süleymanov Azərbaycanın geosiyasi əhəmiyyətindən danışıb.

Bildirib ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən regionda sülh, inkişaf və inteqrasiya üçün səy göstərməkdədir. Bu da ümummilli lider Heydər Əliyev strategiyasının əsas istiqaməti olub.

Səfir Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanındığını və daim dialoqu dəstəklədiyini diqqətə çatdıraraq vurğulayıb ki, 30 illik işğala son qoyulması ilə nəticələnən müharibədən sonra Prezident İlham Əliyev sülhə çağırış edib, Ermənistana əməkdaşlıq və kommunikasiya xətlərinin açılmasını təklif edib.

Diplomat Azərbaycanın müstəqillik əldə etdikdən sonra enerji siyasətində davamlı addımlar atmağa başladığını, “Əsrin müqaviləsi”nin imzalandığını, “Bakı-Supsa”, “Bakı-Tbilisi-Ceyhan” neft kəmərləri ilə dünya bazarlarına çıxış əldə edildiyini, Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə qovuşduğunu, eyni zamanda, Gürcüstan və Türkiyənin regionda fəal faktorlara çevrildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin