Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ümumilikdə 260 müraciət qeydə alınıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 31 dekabr 2025-ci il – 04 yanvar 2026-cı il tarixlərini əhatə edən bayram günlərində müraciət edənlərdən 1 nəfər yol-nəqliyyat hadisəsi, 29 nəfər isə müxtəlif travmalar səbəbilə xəstəxanaya gətirilib. Travma alanlardan 12 nəfərin müraciəti hava şəraiti ilə əlaqədar yolların buzlanması nəticəsində yıxılma ilə bağlı olub. Digər müraciətlər əsasən kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar qeydə alınıb.
Qeyd olunan müddət ərzində 2 cərrahi əməliyyat icra edilib.
Bayram günlərində daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, vətəndaşlara vaxtında və peşəkar tibbi yardım göstərilib. Xəstəxananın əməkdaşları bayram günlərində də fasiləsiz fəaliyyət göstərərək vətəndaşların sağlamlığının keşiyində dayanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 06.01.2026
Bayram günlərində Qusar Xəstəxanasına 260 nəfər müraciət edib
Hazırda oxunan: Bayram günlərində Qusar Xəstəxanasına 260 nəfər müraciət edib
Hazırda oxunan: Bayram günlərində Qusar Xəstəxanasına 260 nəfər müraciət edib
589225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































