Qış parkındakı bütün eskalatorlar işə salındı – VİDEO

Hazırda oxunan: Qış parkındakı bütün eskalatorlar işə salındı – VİDEO

589211

Bir neçə ildir ki, Qış parkının ərazisində və ətrafında yerləşən eskalatorların işləməməsi paytaxt sakinlərinin narahatlığına səbəb olurdu.

Bizim.Media xəbər verir ki, artıq parkdakı bütün eskolatorların işlək vəziyyətə gətirilməsi təmin edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) qafqazinfo.az-a bildirilib ki, hazırda ərazidəki 24 eskolatorun hamısı işlək vəziyyətdədir:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq, AYNA-nın nəzarətində olan yeraltı dayanacaq məntəqələrində eskalatorların və liftlərin işlək vəziyyətə gətirilməsi istiqamətində iş aparılır.

Artıq Qış parkının altındakı avtodayanacaqdakı mövcud 24 eskalatorun hamısı tam işlək vəziyyətə gətirilib. Dövlət Proqramına uyğun olaraq, Bakı şəhərində mobillik strategiyası çərçivəsində piyada infrastrukturunun yaradılması, şəhər mühitinin sakinlər üçün daha rahat və təhlükəsiz hala gətirilməsi istiqamətində işlər davam etdirilir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin