Salyanda 11 yaşlı uşaq iynədən şoka düşüb. Hadisə rayonun 20 Yanvar küçəsində baş verib.
Bizim.Media xəbər verir ki, Elcan Nəcəfovun halı pisləşdiyi üçün valideyni təcili tibbi yardıma müraciət edib.
Uşaq erkən müayinədən sonra Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi yardımına baxmayaraq, E.Nəcəfovun həyatını xilas etmək mümkün olmayıb.
"Balamın başı gicəllənirdi. Təcili tibbi yardım çağırdım, gəldi, apardı. Dedilər ki, gedək, sistem vuracaqlar, düzələcək. Sən demə, balamı Əzrayıl əlinə aparırmışam. Dedilər ki, şəkəri var. İki-iki insulin vurdular. Balamı saldılar komaya, saat 4-ə qədər yerində çabaladı.
Xəstəxanaya getmək istəmirdi, mən əlimlə apardım balamı. İki qaşıq bal yedizdirib aparmışdım.
O balı etdilər şəkər xəstəliyi. Məni qorxudurlar ki, balanı yaracağıq, şikayətçi olma", - anası Səadət Nəcəfova deyib.
"Bizi tutub çölə çıxardılar. Yanına da buraxmırdılar, yaxşı olduğunu deyirdilər", - mərhumun qardaşı Elgün Nəcəfov bildirib.
Daha ətraflı BAKU TV-nin süjetində:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:54 / 06.01.2026
“Balama şəkər diaqnozu qoyaraq insulini 2-2 vurub komaya saldılar” - Video
Hazırda oxunan: “Balama şəkər diaqnozu qoyaraq insulini 2-2 vurub komaya saldılar” - Video
Hazırda oxunan: “Balama şəkər diaqnozu qoyaraq insulini 2-2 vurub komaya saldılar” - Video
589209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































