Cəlilabad rayonunda faciəli hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı rayonun Üçtəpə kəndində yaşadığı evdə vəfat edib.
İlkin məlumata görə, gənc qadın hamam otağında dəm qazından boğularaq həyatını itirib. Onun meyiti müayinədən keçirilməsi üçün Cəlilabad rayon morquna təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

































































































