Masazırda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı - FOTO

Hazırda oxunan: Masazırda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı - FOTO

589136

Abşeron rayonunun Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fiziki şəxs Vüqar Füzuli oğlu Hacıyevə məxsus quş kəsimi sexində yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl olunmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub.
 

Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb.


Müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin