Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza rayonun Noxudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
Belə ki, iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Sabirabad rayon sakinləri — 61 yaşlı Vüqar İmanov və 32 yaşlı Coşqun Məmmədov həyatını itirib. Onlardan biri xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb.
Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumatına görə, hadisə nəticəsində daha 4 nəfər — Sabirabad rayon sakinləri 31 yaşlı Mirzağa Məmmədov, onun həyat yoldaşı 33 yaşlı Pərvanə Məmmədova, qızları 15 yaşlı Fatimə Məmmədli və dünyasını dəyişən Vüqar İmanovun oğlu Tərlan İmanov 05.01.2026-cı il tarixində saat 17:20 radələrində Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılara zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicəsi davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

































































































