Şabran şəhərində ikimərtəbəli yaşayış binasında təhlükəli hadisə baş verib. Gecə saatlarında binanın damı qəfil çöküb. Hadisə zamanı bir ailə ölüm təhlükəsi ilə üz-üzə qalıb.
Hadisə Şabranın dəmiryol stansiyası ərazisində, Nizami küçəsi 14 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında qeydə alınıb. Məlumata görə, üç nəfərdən ibarət olan ailə gecə saatlarında yatdığı zaman mənzilin tavanından qəfil şifer qırıqları tökülməyə başlayıb və tavanın bir hissəsi çöküb.
Ev sahibəsi Məleykə Hüseynova və qonşuların sözlərinə görə, binanın istismar müddəti artıq başa çatıb.
Bildirilir ki, iki il əvvəl dam örtüyü təmir olunarkən tikinti şirkəti köhnə şifer qalıqlarını və tikinti tullantılarını yeni material adı ilə binanın damına yığıb. Nəticədə dam ağırlığa tab gətirməyərək ikinci mərtəbədə yerləşən mənzilin tavanına çöküb. Ailə faciədən son anda xilas olub, qonşular onları uçmuş tavanın altından çıxara biliblər.
Hazırda ailə müvəqqəti olaraq qonşuların evinə sığınıb. Ev sahibəsi bildirir ki, qış mövsümündə bu şəraitdə yaşamaq mümkün deyil və təcili olaraq rəsmi qurumlardan kömək gözləyirlər.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, eyni zamanda rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Baş verən hadisə bir daha göstərdi ki, istismar müddəti bitmiş binaların vaxtında yoxlanılmaması və keyfiyyətsiz təmir işləri insan həyatı üçün ciddi təhlükə yaradır. Ümid edirik, aidiyyəti qurumlar tez bir zamanda köməksiz vəziyyətdə qalan Hüseynovlar ailəsinə köməklik göstərəcəklər...
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:05 / 05.01.2026
Şabranda evin damı ÇÖKDÜ - Ailə ölüm təhlükəsi ilə üz-üzə - VİDEO
Hazırda oxunan: Şabranda evin damı ÇÖKDÜ - Ailə ölüm təhlükəsi ilə üz-üzə - VİDEO
Hazırda oxunan: Şabranda evin damı ÇÖKDÜ - Ailə ölüm təhlükəsi ilə üz-üzə - VİDEO
589115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































