Ötən il işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI

Hazırda oxunan: Ötən il işğaldan azad olunmuş ərazilərdə aşkarlanan minaların SAYI

589105

İşğaldan azad olunmuş ərazilərdə 2025-ci il ərzində 1861 tank əleyhinə mina, 4 min 963 piyada əleyhinə mina, 52 min 392 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı məlumatında deyilir.

Məlumata əsasən, 69 205,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin