Dövlət sifarişi ilə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Dövlət sifarişi ilə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

589086

2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının 5210 nəfər artaraq 150102 nəfər, təqaüd alanların sayının isə 7520 nəfər artaraq 121280 nəfər olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
 

Qeyd edilib ki, bu ilin dövlət büdcəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 47,8 milyon manat çoxdur.


Həmin vəsaitin 412 milyon manatını təhsil xərcləri, 177 milyon manatını təqaüd xərcləri, 27 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.

Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün proqnozlaşdırılan vəsaitin 41,8 milyon manatı güzəştli kateqoriyaya aid 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulub. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin