Bayram günlərində dəmir yolları ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI – FOTO

Hazırda oxunan: Bayram günlərində dəmir yolları ilə daşınan sərnişinlərin sayı AÇIQLANDI – FOTO

589072

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 31 dekabr-4 yanvarda 62 690 sərnişin daşıyıb.

Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu ilə 48 542 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) daşınıb.

Qeyd edilib ki, Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları ilə 5 263 nəfər səfər edib.
 

Xatırladaq ki, ADY qeyd olunan tarixlərdə-gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun olaraq artırılıb.


Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin