Azərbaycanda ən çox istifadə edilən SOSİAL ŞƏBƏKƏLƏR

Hazırda oxunan: Azərbaycanda ən çox istifadə edilən SOSİAL ŞƏBƏKƏLƏR

589050

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub.

Bizim.Media bu barədə “StatCounter”a istinadən xəbər verir.
 

Bu dövrdə "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 72,8% təşkil edib. Bu isə ötən ilin noyabr ayı ilə müqayisədə 4,04 faiz bəndi, illik müqayisədə isə 8,9 faiz bəndi çoxdur.


İstifadəçi sayına görə, ikinci yerdə 7,14% payla "X" sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 8,8 faiz bəndi az, ötən ilin eyni dövrü ilə müqayisədə 0,18 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 6,57% payla "Youtube" olub. Bu, noyabr ayı ilə müqayisədə 0,37 faiz bəndi az, illik müqayisədə 1,64 faiz bəndi çoxdur.

Dördüncü yerdə 6,19% payla "İnstagram" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,89 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 6,81 faiz bəndi az olub.

Ötən ay "Pinterest" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,09 faiz bəndi, illik 3,42 faiz bəndi azaldaraq 5,98%-lə beşinci yerdə qərarlaşıb.
 

İstifadəçi sayına görə, altıncı yeri 0,53% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,04 faiz bəndi artırıb, illik 0,53 faiz bəndi azaldıb.


Dekabrda "Linkedin" sosial şəbəkəsi 0,42% bazar payı ilə yeddinci yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,04 faiz bəndi artıb, illik 0,03 faiz bəndi azalıb. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin