Xırdalanda tikintiyə görə ağaclar kəsildi – FOTO

Hazırda oxunan: Xırdalanda tikintiyə görə ağaclar kəsildi – FOTO

589049

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 541 ünvanında yeni tikilmiş yaşayış binasının qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti yayıb. 
 

İdarənin rəisi Asif Məcidovun sözlərinə görə, araşdırma zamanı ağacların yaşayış binasının qarşısında tikinti və abadlaşdırma işləri aparılan zaman tikintiyə cavabdeh şəxs Vüsal Fərzəliyev tərəfindən kəsildiyi müəyyən edilib.


Faktla bağlı V.Fərzəliyev barəsində  akt, protokol tərtib edilib və ona vəzifəli şəxs qismində 13 250 manat məbləğində cərimə və ziyan tətbiq olunub. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin