Bakı avtovağzalından bölgələrə 1 həftə ərzində nə qədər sərnişin daşınıb?

Hazırda oxunan: Bakı avtovağzalından bölgələrə 1 həftə ərzində nə qədər sərnişin daşınıb?

589041

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar 29 dekabr–4 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1834 reys həyata keçirilib, 52 min 410 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 350-dən çox reys həyata keçirilib.

Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 3672 reyslə 37 min 194 sərnişin daşınıb. Biletlər avtovağzalın kassalarından, eləcə də //biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Ümumilikdə sərnişinlərin 50 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib ki, bu da əvvəlki dövrlərlə müqayisədə rekord göstəricidir.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin