Goranboyda bacı-qardaşı öldürən şəxsi polis saxladı - ÖZƏL

Hazırda oxunan: Goranboyda bacı-qardaşı öldürən şəxsi polis saxladı - ÖZƏL

58902

Goranboyun Qarasüleymanlı kəndində torpaq üstündə yaranan  mübahisə zəminində bacı-qardaşı öldürən şəxsi yerli polis artıq saxlayıb.

Bizim.Media xəbər verir ki, qanlı cinayəti törədən kənd sakini İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə ötən gün  Qarasüleymanlı kəndində baş verib. Mübahisə zamanı bacı-qardaş Səlmi və Pərviz Namazovlar qətlə yetirilib.

Goranboy rayon prokurorluğunda cinayət işi açılıb.

İstintaq tərəflərin mübahisəsinin haradan qaynaqlandığını və hadisənin baş verməsinin tam səbəbini müəyyən edəcək.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin