Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Natiq Baxışovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Natiq Baxışov tanışı, zərərçəkmiş M.Əskərovun oğlunun barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq olunan cinayət işini xitam etdirəcəyinə dair yalandan vəd verib. O, 2022-ci ildə müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində zərərçəkmişin ümumilikdə 62 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Baxışov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. (Pravda.az)
Bizim.Media



































































































