Ələt–Astara magistralında “KamAZ”la minik avtomobili toqquşdu - VİDEO

Hazırda oxunan: Ələt–Astara magistralında “KamAZ”la minik avtomobili toqquşdu - VİDEO

588957

Ələt–Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, əks istiqamətlərdə hərəkətdə olan “KamAZ” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.
 

Güclü toqquşma nəticəsində “Hyundai” markalı avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb, “KamAZ” isə idarəetmədən çıxaraq yol kənarına düşüb.


Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində qısa müddətli çətinlik yaranıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin