Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 79,8 min ton şəkər ixrac edilib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda şəkərin ixracına 57,1 milyon ABŞ dolları vəsait xərclənib.
Şəkər ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 30,4 min ton və ya 1,6 dəfə, dəyər ifadəsi ilə isə 19,6 milyon ABŞ dolları, yaxud da 1,5 dəfə artıb.
Hesabat dövründə şəkər ixracı ölkənin ümumi ixracında 0,24%, qeyri-neft sektoru üzrə ixracında isə 1,72% paya sahib olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 353,5 min ton şəkər istehsal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 24,4% artım deməkdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:10 / 03.01.2026
Azərbaycan bu məhsulun satışından 57 milyon dollar QAZANIB
Hazırda oxunan: Azərbaycan bu məhsulun satışından 57 milyon dollar QAZANIB
Hazırda oxunan: Azərbaycan bu məhsulun satışından 57 milyon dollar QAZANIB
588822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































