Astara rayonunda marşrut mikroavtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
MÖVZU İLƏ BAĞLI:
Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Astara–Lənkəran istiqamətində hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyarə Həsənova həyatını itirib. Ölən şəxslərin hər ikisi Astara rayon sakinləri olub. Qəza zamanı bir neçə sərnişin də xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu



































































































