Sedan avtomobillər tarixə qovuşur – 2026-cı ildən bu modellərə keçid başlayır

Hazırda oxunan: Sedan avtomobillər tarixə qovuşur – 2026-cı ildən bu modellərə keçid başlayır

588785

Çin maşını yoxsa ənənəvi markalar arasında tərəddüd edənlər artıq seçim qarşısında qalmayacaq. Büdcəsi az olan avtomobil həvəskarlarına onsuz da Çin maşınlarından başqa seçim qalmayacaq. 

Çünki nəhəng avtomobil markaları artıq ucuz versiyalardan imtina edir. Son illərdə artan istehsal xərcləri, sərtləşən ticari qaydalar və dəyişən istehlakçı seçimləri avtomobil markalarını köklü qərarlar almağa məcbur edir. Bu prosesdə ən çox təsirlənən seqment isə münasib qiymətli avtomobillər oldu. 
 

Yaponiyanın Nissan avtomobil zavodu 20 min dollardan aşağı başa gələn Nissan Versanı istehsaldan çıxarır. Nissan rəhbərliyi bununla bağlı rəsmən açıqlama verib. Çətin bir dövrdən keçən Nissan ABŞ bazarında ən münasib qiymətli avtomobil mövqeyində olan Versa modelinin istehsalını dayandırmaq qərarı aldı.


Beynəlxalq bazarda “ən ucuz sıfır avtomobili” bəlli oldu Versa-nın bazardan çəkilməsi təkcə Nissan-a deyil, bütün bazara təsir etdi. Bu dəyişikliklə birlikdə ABŞ-də satılan ən ucuz sıfır avtomobil ünvanı da dəyişdi. İndiyədək ən ucuz maşın Versa idisə, hazırda yeni siyahıda 22 min dollar başlanğıc qiyməti ilə 2026 Hyundai Venue yer alır. Sedan seqmentində isə ən münasib seçim 23 min 385 dollardan başlayan Kia K4 oldu.

Sedan avtomobillər tarixə qovuşur

Sektor analizləri göstərir ki, avtomobil istehsalçıları aşağı mənfəətə görə sedan modellərindən sürətlə uzaqlaşır. Markalar daha yüksək qazanc gətirən SUV və elektrikli avtomobil seqmentlərinə yönəldikcə, istehlakçılar üçün “büdcəyə uyğun sıfır avtomobil” anlayışı da tarixə qovuşur. Sedanların yerini SUV modelləri tutur. Nissan hazırda Sentra və Altima kimi daha yuxarı seqment sedanlar barəsində də düşünür. Şirkət Kicks kimi kompakt SUV modellərinə üstünlük verəcək.

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin