Astarada baş verən qəzada xəstəxanaya aparılan yaralılardan biri həyatını itirib.
Bu barədə Bizim.Media-nın yerli bürosu məlumat əldə edib.
***18:09
Astara rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt–Astara avtomobil yolunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumatlara görə, Astara–Lənkəran istiqamətində sərnişin daşıyan “Mercedes Sprinter” markalı mikroavtobus hərəkət zamanı sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxıb.
Nəqliyyat vasitəsi elektrik dirəyinə çırpıldıqdan sonra aşıb.
Qəza zamanı mikroavtobusda olan şəxslərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Yaralananlar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam etdirilir.





Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
18:35 / 03.01.2026
Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB
Hazırda oxunan: Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB
Hazırda oxunan: Astarada mikroavtobus AŞDI: Ölənlər var – FOTO/YENİLƏNİB
588784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































