Azərbaycanda meyvə şirəsi istehsalı ARTIB

Hazırda oxunan: Azərbaycanda meyvə şirəsi istehsalı ARTIB

588775

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 4 milyon 003,2 min dekalitr meyvə şirəsi istehsal edilib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.

Bundan başqa, hesabat dövrünə Azərbaycanda 160 min 581,9 ton meyvə-tərəvəz konservləri
istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 1,8 % azdır.

Dekabrın 1-nə ölkədə 616,5 min dekalitr meyvə şirəsi ehtiyatı, 26 min 626,9 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 2,9 % az və 6,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin