Zaqatalada toyda İNSİDENT: saxlanılanlar var

Hazırda oxunan: Zaqatalada toyda İNSİDENT: saxlanılanlar var

588763

Zaqatalada toyda insident yaşanıb.

Bizim.Media “Lent.az”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən Dəniz şadlıq sarayında qeydə alınıb.
 

Saat 21 radələrində bir gənci evə göndərmək üçün atası, əmisi və dayısı restoranın həyətinə çıxıblar. Burada ata oğluna əsəbiləşərək, nalayiq ifadə işlədib. Yaxınlıqdan keçən polis əməkdaşları onlara irad bildirib, hərəkətlərini dayandırmaqlarını tələb ediblər. Lakin həmin şəxslər bu tələbə məhəl qoymayıblar.


Nəticədə onların hər üçü – Muğanlı kənd sakinləri olan, 51, 46 və 37 yaşlı 3 nəfər saxlanılaraq, Zaqatala rayon Polis Şöbəsinə aparılıb. Onlardan ikisi - atası və dayısı barəsində inzibati protokol tərtib olunub.

Zaqatala rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər 200 manat məbləğində cərimələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin