Güclü qarın yağdığı Şimal-qərb bölgəsində SON DURUM – FOTO

Hazırda oxunan: Güclü qarın yağdığı Şimal-qərb bölgəsində SON DURUM – FOTO

588704

Şimal-Qərb rayonlarında yeni ilin ən sərt qış axşamı qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayaraq bölgənin əksər ərazilərində qar yağıb, temperatur xeyli aşağı enib.
 

Verilən məlumatlara əsasən bölgədə ən çox qar Qaxın ucqar Sarıbaş kəndinə yağıb. Bu ərazilərdə qarın qalınlığı 20-25 sm arasında dəyişir. Bununla yanaşı Şəkinin, Oğuzun və Qəbələnin yüksək dağlıq ərazilərinə də qar yağıb. Bu rayonların dağlıq ərazilərində qarın hündürlüyü 10-12 sm, aran kəndlərində isə 2-4 sm olub.


Bu gecə qeyd olunan yüksək dağlıq yaşayış məntəqələrində temperatur mənfi 6-8 dərəcə arasında dəyişib.

Havaların kəskin dəyişməsi ilk növbədə yolların buz bağlaması ilə nəticələnib. Bölgədən keçən magistral və avtomobil yollarında xüsusən körpü və keçidlərdə belə hallar müşahidə olunub.

Bununla əlaqədar Dövlət Yol Polisi əməkdaşları mütəmadi olaraq yollarda növbə çəkib, lazım olan ərazilərə qum və duz səpilməsi təmin olunub.

Bu saatlara bölgədə enerji probemlərinin eləcə də yollarda nəqliyyatın hərəkətində ciddi narahatlıqların yaşanmadığı bildirilir.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin