Bakıda binada YANĞIN: Zəhərlənən var

Hazırda oxunan: Bakıda binada YANĞIN: Zəhərlənən var

588659

Bakıda doqquzmərtəbəli binada yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 40 m² olan ikiotaqlı mənzilin bir otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.

"Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin