Əhaliyə pis xəbər: Bu ildən...

Hazırda oxunan: Əhaliyə pis xəbər: Bu ildən...

588651

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun alimləri bu il Günəş aktivliyinin azalacağını proqnozlaşdırsalar da, geomaqnit fırtınalarının sayında azalma gözləmirlər.

Bizim.Media xəbər verir ki, bu barədə institutun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Yuri Yasyukeviç “Rossiyskaya qazeta”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, orta hesabla 11 il davam edən 25-ci Günəş aktivliyi dövrü artıq 2024-cü ildə pik həddə çatıb və hazırda enmə mərhələsinə keçib. Bu mərhələdə Günəşdə aktiv bölgələrin sayı azalır və onun maqnit sahəsinin strukturu sadələşir. Lakin bu proses Yer kürəsində geomaqnit aktivliyin azalacağı anlamına gəlmir.

Yasyukeviç qeyd edib ki, oxşar vəziyyət 23-cü Günəş dövrü zamanı da müşahidə olunub. Modellərə əsasən, geomaqnit aktivlik səviyyəsi təxminən 2025-ci il səviyyəsində qala bilər.

Alim xatırladıb ki, geomaqnit pozuntularının pik dövrü adətən Günəş aktivliyinin maksimumundan iki-üç il sonra baş verir. Məsələn, 23-cü dövr 2002-ci ildə pik həddə çatdıqdan sonra, 2003-2005-ci illərdə xeyli sayda güclü geomaqnit fırtınası qeydə alınıb.

Hazırkı vəziyyət də əsasən oxşar qiymətləndirilir. Günəşdə aktiv bölgələrin sayı azalır, lakin bu, kosmik havanın sabit və sakit olacağı demək deyil. Bu səbəbdən institut artıq mümkün hadisələri izləmək üçün müvafiq elmi avadanlıqlar hazırlayır.

Eyni zamanda, 2025-ci ilin sonunda Günəşdə alovlanma aktivliyində gözlənilməz artım müşahidə olunub. İlin son günlərində aktivlik artsa da, partlayışların əksəriyyəti Günəş-Yer xəttindən uzaqda baş verdiyi üçün Yerə yaxın kosmik mühitə ciddi təsir göstərməyib.

İstisna isə Günəşin şimal yarımkürəsində yerləşən 4317 nömrəli aktiv bölgə olub. Məhz bu ərazidə ilin sonunda iki güclü partlayış da daxil olmaqla bir sıra alovlanmalar qeydə alınıb. Modelləşdirmə nəticələrinə görə, bu partlayışlar nəticəsində kosmosa atılan orta güclü plazma buludu Yerə təxminən üç gün ərzində çatıb. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin