Bayramdan sonra işə adaptasiya olmağın yolları

Hazırda oxunan: Bayramdan sonra işə adaptasiya olmağın yolları

588649

Bayram tətili istirahət, ailə ilə vaxt keçirmək və gündəlik qayğılardan uzaqlaşmaq üçün əla fürsətdir. Lakin istirahətdən sonra işə qayıtmaq bəzi insanlar üçün çətin ola bilər. Tənbəllik, motivasiya çatışmazlığı və diqqət dağınıqlığı bu keçid dövründə tez-tez yaşanan hallardır.

Bizim.Media istirahətdən sonra işə adaptasiya olmaq üçün diqqət etməli olduğumuz məqamları təqdim edir.

Bayramdan sonra yuxusuzluq, baş ağrıları, həzm sisteminin pozğunluqları daha çox olur. Tətildən qayıdıb dərhal işə başlamaq adaptasiyanı çətinləşdirən amillərdəndir. Lakin bəzi məqamlara diqqət etsəniz bunun öhdəsindən daha asan gələ bilərsiniz.

İlk günlərdə özünüzə vaxt verin, yüngül tapşırıqlarla başlayın və tədricən sürətinizi artırın.

İşə qayıdanda sizi çoxlu e-maillər, tapşırıqlar qarşılayacaq. Hamısını eyni anda həll etməyə çalışmaq əvəzinə, siyahı tərtib edin və vacib olanları önə çəkin.

Beyni yükləməmək üçün hər 2 saatdan bir qısa fasilə verin. Kiçik gəzinti, nəfəs məşqləri və ya sadə bir istirahət konsentrasiyanızı artıracaq.

Tətil bitdi deyə, onu dərhal unutmaq lazım deyil. O xoş anlar sizə ilham verə və motivasiyanızı yüksəldə bilər.

Tam adaptasiya üçün bir neçə gün zaman lazım ola bilər. Özünüzü yükləməyin və tənqid etməyin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin