Bayram günlərində ərzaqların soyuducuda düzgün saxlanılmaması bakteriyaların çoxalmasına və sonradan qida zəhərlənmələrinə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə RT-yə müsahibəsində həkim-diyetoloq Mariyat Muxina məlumat verib.
O, əsas qaydanın məhsulların zonalara ayrılması və hermetik qablaşdırmalardan istifadə edilməsi olduğunu vurğulayıb:
“Əlbəttə ki, təzə balıq və ya təzə ətin tərəvəz və meyvələrlə birlikdə saxlanılması qətiyyən olmaz. Eyni zamanda, pendir dilimləri, kolbasa və ət kəsimləri də təzə ət və balıqla bir yerdə saxlanılmamalıdır”, – deyə ekspert qeyd edib.
Diyetoloq deyib ki, hazır yeməklər və müxtəlif məhsullar soyuducuda saxlanılsa belə, ən yaxşı halda iki–altı saat ərzində istehlak edilməlidir:
“İdeal halda bütün yeməklər hazırlanandan dərhal sonra yeyilməlidir, xüsusilə salatlar... Onların soyuducuda saxlanma müddəti ümumiyyətlə altı–səkkiz saatdır, amma iki saatdan artıq saxlanması arzuolunmazdır”, – deyə Muxina əlavə edib.
O, məhsullar üçün təxmini saxlanma müddətlərini də açıqlayıb: bişmiş kolbasa – 72 saat, pendir – 15 günədək, tərəvəzlər – yeddi günədək, tort və pirojnalar isə – 72 saat.
“Göbələkli pendirləri digər pendirlərdən ayrı saxlayın. Yumurtalar istifadə etməzdən əvvəl sabunla, meyvə və tərəvəzlər isə qaynar su ilə yuyulmalıdır”, — deyə ekspert əlavə edib.
Həkim xüsusi diqqəti temperatur rejiminə yönəldib. O, bildirib ki, hazır yeməklər 2–4 °C, meyvə və tərəvəzlər 3–7 °C temperaturda saxlanmalıdır.
Bundan əlavə, soyuducunun qapısını uzun müddət açıq saxlamaq olmaz ki, temperatur rejimi pozulmasın:
“Əgər pis qoxu, göbələk, rəng dəyişməsi və ya selikli görünüş görsəz, hər şeyi atmaq lazımdır, bişirmək olmaz. Temperatur rejimi yalnız bakteriyaları öldürür, toksinləri yox və toksinlər ciddi zəhərlənməyə səbəb ola bilər,” — deyə diyetoloq xəbərdarlıq edib.
Bizim.Media

































































































