Gecə-gündüz eyni mahnını dinləyirsiniz? — Səbəbi sizi təəccübləndirəcək

Hazırda oxunan: Gecə-gündüz eyni mahnını dinləyirsiniz? — Səbəbi sizi təəccübləndirəcək

588579

İstər boş vaxtlarda, istərsə də iş görərkən, kompüterdə yazarkən hansısa bir melodiyaya ard-arda qulaq asırsınız. Başqalarına bezdirici görünsə də siz usanmadan eyni mahnını dinləyirsinizsə, bunun alt səbəbləri var. Yaddaş, diqqət və musiqi arasındakı əlaqə düşündüyümüzdən daha mürəkkəbdir, bu, ciddi bir zehni yük ola bilər. "Qulaq qurdu" kimi tanınan bu fenomen uzun müddətdir elmi ictimaiyyətdə araşdırılır. Bu sadə görünən təcrübənin arxasında mürəkkəb zehni proseslər dayanır.

Bizim.Media xəbər verir ki, tədqiqatlar göstərir ki, təkrarlanan melodiyalar beynin musiqi ilə əlaqəli sahələrində əmələ gəlir.

Bu melodiyalar xaricdən eşidilən səslər deyil, zehni yaddaş kimi ortaya çıxır. 
 

Alimlərin fikrincə, qulaq qurdları durmadan işləyən yaddaşla əlaqəlidir. İş mühiti diqqəti cəmləmək üçün əlverişli məkandır. Əslində fokuslanmağı yaxşı bacaran insanlar davamlı eyni mahnıya qulaq asmaqla digər, yan məlumatlar üçün yer buraxmırlar. Bir tərəfdən iş üçün yaxşı metod olsa da, digər tərəfdən beyinə əlavə düşünmək imkanı yaratmır. 


Əgər bundan qurtulmaq istəsəniz, saqqız çeynəyə bilərsiniz. Saqqız çeynəmək daxili səs telləri ilə əlaqəli əzələləri işə salmaqla qulaq qurdlarını zəiflədə bilər. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin