29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə nə qədər sərnişin daşınıb?

Hazırda oxunan: 29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə nə qədər sərnişin daşınıb?

588526

Ölkənin bütün avtovağzal və avtostansiyaları dekabrın 29-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, gücləndirilmiş rejimin üç günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 838 reyslə 25 046 sərnişin daşınıb.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.
 

Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək BBAK-dan ölkənin müxtəlif istiqamətlərinə səfərlərini reallaşdırıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab olunur.


Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin