Saatlardır qaz kartlarına pul yükləmək olmur

Hazırda oxunan: Saatlardır qaz kartlarına pul yükləmək olmur

588523

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.

Bizim.Media xəbər verir ki, istifadəçilər 20 saatdan artıqdır smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.
 

Qeyd olunur ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. “Azəriqaz” məsələnin terminallarla bağlı olduğunu qeyd edir. Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin “Azəriqaz”dan qaynaqlandığını bildirirlər.


Xatırladaq ki, 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik; 1200 kub metrdən 2500 kubmetrədək olan hissə üçün 22 qəpik; 2500 kubmetrdən çox olan hissə üçün 30 qəpikdir.

Qeyd edək ki, məsələ ilə bağlı “Azəriqaz”dan və terminallardan rəsmi açıqlama verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin