Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə məhkum edilmiş polkovnik Mahir Şirvanov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.
MÖVZU İLƏ BAĞLI:
"Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib" - MN-dəki milyonluq MƏNİMSƏMƏ İŞİ
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, məhkum 5 illik cəza müddətinin yarıdan çoxunu çəkib deyə, cəzaçəkmə müəssisəsinin müsbət rəyini nəzərə alaraq məhkəməyə müraciət edib.
Yerli məhkəmə M. Şirvanovun ərizəsini düzgün hesab etməyərək geri qaytarıb.
Polkovnikin qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilib.
Qeyd edək ki, 143 milyonluq mənimsəmə ilə bağlı çoxsaylı zabit məhkum edilib.
Bizim.Media

































































































