Zaqataladakı qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

Hazırda oxunan: Zaqataladakı qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

588489

Zaqatalada baş verən qəzanın təfərrüatı bilinib.
 

MÖVZU İLƏ BAĞLI: 

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO


Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verən qəzada rayonun Yuxarı Tala kənd sakinləri olan 24 yaşlı Nadir Nərman oğlu Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə 40 yaşlı Vahab Ziyəddin oğlu Mahmudovun idarə etdiyi “Changan” markalı avtomobil toqquşub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Nadir Mustafayev və Vahab Mahmudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin