Cəlilabadda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun mərkəzindəki Heydər Əliyev seyrəngahında baş verib.
İlk məlumata görə, gənclər arasında mübahisə zamanı Uzuntəpə kəndindən olan, 2009-cu il təvəllüdlü Əsgərli Məhəmməd Ruslan oğlu bıçaq xəsarətləri alıb.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ilkin tibbi müdaxilə olunub. Sonra cərrahi əməliyyat keçirib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu




























































































