Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarının istifadəsi bugündən qadağan olunub.
Bizim.Media xəbər verir ki, Avropa Birliyində 2020-ci ildən etibarən teflon örtüklərlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, bu məhsullar milyonlarla istehlakçı tərəfindən istifadədə qalmaqda idi. Rəsmi mediada dərc olunan yeni qərarnaməyə əsasən, 1 yanvardan başlayaraq teflon tavaların istifadəsi qadağan olunur. Qərarın əsas səbəbi bu məhsullarda PFAS maddələrinin yüksək miqdarda olmasıdır.
Yeni tənzimləməyə əsasən, bu gündən (yanvarın 1-i) etibarən tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak mallarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək. Qaydalar birlik ərazisində istehsal edilən, satışa çıxarılan, idxal olunan və ixrac edilən yeni məhsullara şamil ediləcək.
Qadağa bütün məhsul kateqoriyalarını əhatə etmir. Ordu üçün nəzərdə tutulan xüsusi təhlükəsizlik avadanlıqları və strateji təyinatlı məhsullar tənzimləmədən kənarda saxlanılıb.
Rəsmi qurumlar bu istisnaların milli təhlükəsizlik və müdafiə zərurəti ilə bağlı olduğunu bildirirlər.
Qərarnaməyə görə, 1 yanvar 2026-cı ilədək istehsal edilmiş və hazırda anbarlarda mövcud olan PFAS tərkibli məhsulların bazardan çıxarılması üçün şirkətlərə 12 aylıq keçid müddəti tanınıb.
Bu dövrdə mövcud ehtiyatların satışına icazə veriləcək.
Mütəxəssislərin fikrincə, teflon tavaların istehsalında istifadə olunan kimyəvi maddələr bu qabların səthi cızıldıqda qidaya qarışaraq birbaşa insan orqanizminə daxil ola bilər. Xüsusilə yapışmanı önləyən bəzi maddələrin qalxanabənzər vəzin fəaliyyətini pozduğuna dair güclü elmi sübutların mövcud olduğu bildirilir.
Araşdırmalara görə, PFAS ailəsinə daxil olan perflorooktanoik turşunun (PFOA) qəbul edilməsi və ya orqanizmə sorulması müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Orqanizmdə toplanan bu maddə laboratoriya şəraitində aparılan heyvan sınaqlarında reproduktiv və inkişaf pozuntuları, qaraciyər və böyrək xəstəlikləri, həmçinin immun sisteminə mənfi təsirlərlə əlaqələndirilib. Mütəxəssislər PFOA-nın doğuşa zərər verə biləcəyini və ana südü vasitəsilə körpələr üçün təhlükə yaratdığını qeyd edirlər. (mənbə: Bakupost.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:40 / 01.01.2026
Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır
Hazırda oxunan: Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır
Hazırda oxunan: Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır
588453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































