Bakıda və Abşeron yarımadasında yanvarın 2-də günün birinci yarısında bəzi yerlərdə küləyin intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Bildirilib ki, havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:48 / 01.01.2026
Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI
Hazırda oxunan: Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI
Hazırda oxunan: Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI
588443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































