Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Hazırda oxunan: Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

588433

Kofein qəbulu öskürəyi daha da artıra bilər.

Bizim.Media "Sabah" a istinadən xəbər verir ki, bunu Mançester Universitetində döş qəfəsi xəstəlikləri üzrə professor olan Ceki Smit bildirib.

Professor deyib ki, illərdir klinikasındakı bir çox xəstə süd və süd məhsullarının öskürəklərini şiddətləndirdiyini deyir. Bununla belə, o, bu mövzu ilə bağlı heç bir elmi sübutun olmadığını da əlavə edir:

“Bəlkə də boğazı örtən bir quruluşa malik olduqları üçün, əgər bəlğəmli öskürəyiniz varsa, bu, sizi daha pis hiss etdirə bilər.”

Smit öksürəkdən əziyyət çəkən xəstələrinə kofeindən uzaq durmağı məsləhət gördüyünü deyib:
“Kofeinin öskürəyi artırdığına dair birbaşa sübut yoxdur. Ancaq kofein turşu reflüksünü (mədə turşusunun geri qayıtmasını) tətikləyir və reflüksü artıran hər şey öskürəyi də tətikləyə bilər.”

Smitin fikrincə, öskürəyə ən yaxşı təsir edən qida baldır:

“İsti suya bal və limon əlavə etmək ev şəraitində hazırlana bilən ən yaxşı öskürək dərmanıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin