Yeni ildə vətəndaşlarımız dincəlmək üçün daha çox bölgələrimizə, xüsusilə işğaldan azad olunan ərazilərə üstünlük verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Yenisabah.az”a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, Xankəndi, Şuşa və Laçın istiqamətlərinə turist axını artıb:
“Bu bölgələrə getməyə üstünlük verənlərin sayı xeyli çox olub. Bununla yanaşı, Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfər edən turistlərinin sayında da artım müşahidə olunur. Bu isə ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşmasından xəbər verir və onların turizm imkanlarının daha da genişləndiyini göstərir”.
Ekspert qeyd edib ki, hazırda ən çox səfər edilən ölkələr sırasında əsasən isti iqlimə malik istiqamətlər üstünlük təşkil edir. Bundan əlavə, Türkiyənin İstanbul şəhəri, eləcə də Avropanın bəzi şəhərləri — Barselona, Roma və Budapeşt də populyar istiqamətlər sırasındadır:
“Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının bu destinasiyaları seçməsi birbaşa mövsümlə əlaqədardır. Yaz mövsümündə, xüsusilə Novruz bayramı ərəfəsində, bölgələrlə yanaşı xarici ölkələrə gedən turistlər daha çox Avropa istiqamətlərinə üstünlük verirlər. Bunun əsas səbəbi Avropada havanın nisbətən mülayim olması və səyahətin daha rahat təşkil edilməsidir”.
“Yay mövsümündə isə əsasən Türkiyənin Antalya, Bodrum, Kuşadası və Marmaris kurortlarına, eləcə də Monteneqroya səfərlər artır. Bundan başqa, Rusiyanın bizə yaxın ərazilərində yerləşən, xüsusilə Kislovodsk kimi termal sanatoriyalara və Gürcüstanın Batumi şəhərinə maraq daha da yüksəlir.
Bu istiqamətlər yay dönəmində daha populyar olur. Lakin yay aylarında Asiya ölkələri əsas gündəmdə olmur. Bunun səbəbi həmin ölkələrdə hava şəraitinin həddindən artıq isti olmasıdır. Bu baxımdan, turistlər yay mövsümündə digər istiqamətlərə daha çox üstünlük verirlər”, - deyə R.Quliyev açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:20 / 01.01.2026
Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA
588415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































