2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

Hazırda oxunan: 2026-cı ili bu rənglərdə qarşılamaq OLMAZ: Enerjini söndürür, yorğunluq gətirir...

588383

Şərq təqviminə görə Qırmızı Odlu At ili enerji, hərəkət və parlaq nailiyyətləri simvolizə edir. 2026-cı ilin həyata dinamika gətirməsi və uğurlu olması üçün onu düzgün rənglərdə qarşılamaq tövsiyə olunur.

Bizim.Media xəbər verir ki, məşhur ukraynalı stilist Andre Tan Yeni ili hansı rənglərdə qarşılamağın məsləhət olmadığını açıqlayıb.

Stilistin məsləhət görmədiyi rənglərin siyahısını təqdim edirik:

Pastel çalarlar


Dizaynerin sözlərinə görə, bu rənglər passivlik hissi yarada bilər. Pastel çalarlar aktiv və uğurlu il üçün lazım olan enerjini artırmır.

Göy və mavi

Tan vurğulayıb ki, bu çalarlar Atın odunu söndürə, bu heyvanın simvolu olduğu ili sanki “dondura” bilər.

Ağ və boz

Kutüryenin fikrincə, bu rənglər soyuqluq və boşluq hissi yaradır. Onlar pastel çalarlar kimi əhval-ruhiyyəyə enerji qatmayacaq.

Neon rənglər

Belə çalarlar tez yorğunluq yarada və diqqəti vacib işlərdən yayındıra bilər. Andre Tan bu səbəbdən neon rənglərdən bu il uzaq durmağı tövsiyə edir.

Dizayner qeyd edib ki, sadalanan rənglər 2026-cı ilin enerjili və uğurlu olmasına qətiyyən kömək etməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin