Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

Hazırda oxunan: Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

588328

Bəlkə də çoxumuz bu metoddan istifadə edirik – unutqanlığımız səbəbindən bütün sosial hesablarımıza tək şifrə qoyuruq. Elə bilirik ki, ən yaxşı və heç kimin ağlına gəlməyən üsuldir.
 

Amma belə məsələlərdə kibercinayətkarlar bizdən daha ağıllı və sərrastdırlar. Sadəcə həmin parolu qırmaq bəs edir ki, bütün hesablara, tətbiqlərə gedən qapı açılsın.


Bugünkü rəqəmsal dövrdə şifrə artıq sadəcə bir neçə hərf, rəqəm toplusu deyil,  şəxsi məlumatlarımızın, yazışmalarımızın və digital kassamızın qoruyucusudur.

Bəs hesablarımızı dələduzlardan necə qoruyaq?

Ümumiyyətlə bütün İT mütəxəssisləri tək şifrədən uzaq durmağı tövsiyə edir. Bunun əvəzində isə ən çətin parolları da bizim yerimizə tənzimləyən şifrə menecerliyi (password management) mövcuddur.

İT mütəxəssisi Bəhruz Quliyev Bizim.Media-ya belə açıqladı ki, istifadəçilər bütün onlayn hesablarının şifrələrini təhlükəsiz, nəzarətli şəkildə saxlamaq və idarə etmək üçün bu mexanizmdən istifadə edə bilərlər.

“Ən çətin, çoxsaylı, qarışıq şifrələri də bu mexanizm vasitəsilə saxlamaq mümkündür. Təbii ki, o cür şifrələri heç kim yadında saxlaya bilmir. Bunu tənzimləmək üçün sözügedən mexanizm uğurlu bir həlldir.
 

Burada şifrələr vaxtında yenilənir, beləliklə məlumat sızıntısı riskini minimuma endirir. Bütün hesablarda tək şifrə istifadə etmək isə “Domino effekti” kimidir.


Əgər bir kilid sındırılarsa, eyni şifrə istifadə etdiyiniz bütün digər hesablar da “dağılır”. Ona görə də şifrə menecerləri, yəni xüsusi proqram və ya brauzer alətləri tövsiyə olunur”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin